Bayden G7 və NATO sammitləri üçün Avropaya səfərə yollanır

2022/06/1656133441.jpg
Oxunub: 233     04:29     25 İyun 2022    
ABŞ Prezidenti Co Bayden G7 və NATO sammitlərində iştirak etmək üçün şənbə günü Avropaya səfərə yollanır.

Ordu.az xəbər verir ki, bu səfərdə C.Baydenə ABŞ-ın dövlət katibi Entoni Blinken də qoşulacaq.

G-7 liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen (Bavariya federal torpağı) şəhəri yaxınlığındakı Elmau qəsrində, NATO sammiti isə iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.

Hər iki tədbirin əsas mövzularından birinin Ukrayna ətrafındakı vəziyyət olacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   G7   NATO  


Bizi "telegram"da izləyin