Erməni ekspert: “Prezidentin Qarabağla bağlı çıxışında mənzərə kədərli idi”

2022/06/image-1656096934.jpg
Oxunub: 618     15:55     27 İyun 2022    
“Bu yaxınlarda prezident Vahaqn Xaçaturyan İctimai Televiziyanın efirində idi. Mənzərə, yumşaq desək, kədərli idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü, erməni ekspert Aram Hovhannisyan bildirib.

“Gəlin həmin müsahibədən bir neçə epizod ayırmağa çalışaq. Petros Qazaryan prezidentə sual verir: “Müxalifətdə belə bir tezis var ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Siz bununla razısınızmı?” Prezident buna cavab verir: “Reallıqdan çıxış etmək lazımdır və özümüz üçün manevr etməyə yer buraxmalıyıq”. İrəvanda minlərlə nümayiş olanda prezident Xaçaturyan balıq kimi susurdu, deməyə sözü yox idi. Daha sonra administrasiya prezidentin hadisələri diqqətlə izlədiyini açıqlayıb. Ölkənin daxili həyatı prezident üçün hadisələri diqqətlə izləməyi təqdim edir?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Prezident  


Bizi "telegram"da izləyin