Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, müxalifət ilk uğursuzluğu 10 noyabr 2020-ci ildə kapitulyasiya aktının imzalanmasından sonra yaşayıb.
“Bu dəfə parlamentin iki müxalifət fraksiyası birləşərək Paşinyanı devirmək və Ermənistanda ləyaqətli, milli xarakter daşıyan hökumət qurmaq üçün birləşdi. Görəsən hökumət daha nə etməli idi ki, insanlar Paşinyanın istefasını tələb etmək üçün küçələrə çıxsınlar? Elə bir sahə yoxdur ki, bu hakimiyyət onu uğursuz etməsin. Müharibədə biabırçı məğlubiyyətə uğrayan, minlərlə insan və ərazi itkisi verən, Türkiyə və Azərbaycanın tələblərinə itaətkarlıqla əməl edən, öz ərazilərini və Ermənistanın mühüm yollarını heç bir problem olmadan təslim edən hökumətə qarşı cəmi 10-20 min insan üsyan edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az