Ordu.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı keçmiş səfirinin müavini, beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Xarazyan deyib.
Onun sözlərinə görə, Ermənistanın keçmiş və indiki hakimiyyəti bir-birini günahlandırmaqdansa, milli təhlükəsizlik məsələlərində bir-birinə qarşı deyil, birgə fəaliyyət göstərməlidir.
“Ermənistanın indiki hökuməti son Qarabağ müharibəsindəki məğlubiyyətə görə birbaşa məsuliyyət daşıyır, lakin bu o demək deyil ki, bizim bütün keçmiş administrasiyalar ölkənin milli təhlükəsizlik siyasətinin uğursuzluğuna, iqtisadi rəqabət qabiliyyətinə, qeyri-kafi vəziyyətə görə bərabər məsuliyyət daşımırlar”, - deyə Xarazyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az