Erməni siyasi xadim: “Rusiya erməni xalqının müstəqilliyinə dözmür”

2019/09/4564-1569234310.jpg
Oxunub: 790     13:01     27 İyun 2022    
“Müxalifətin məqsədi dövlət deyil, təxribatdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti dövlətçiliyi məhv etmək niyyətindədir.

“Bu hakimiyyət Rusiyanın marağında deyil, çünki seçilib. Erməni xalqı ona görə cəzalandırılır ki, onların seçdiyi hakimiyyət var. Hakimiyyət öz işinin keyfiyyətini dərk etməli və dəyişməlidir. Rusiya erməni xalqının müstəqilliyinə dözmür”, - deyə Şirinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin