Erməni iqtisadçı: “Riskləri Ermənistana gələn rusların axını ilə əlaqələndirmək lazımdır”

2022/06/fdg78-1656095913.jpg
Oxunub: 372     12:29     27 İyun 2022    
“Əgər məzənnə qısamüddətli amillərin təsiri altında dəyişirsə, bu, iqtisadiyyatda müəyyən təhriflərə səbəb olur”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Narek Karapetyan deyib.

Onun sözlərinə görə, əvvəlcə dəyişikliklərin qısamüddətli, yoxsa uzunmüddətli olduğunu anlamaq lazımdır.

“Ermənistanda məzənnənin bahalaşması valyuta axını nəticəsində baş verib. Riskləri Ermənistana gələn rusların axını ilə əlaqələndirmək lazımdır. Axınların çoxu qısamüddətlidirsə, məzənnənin dəyər qazanması uzun müddət davam etməyəcək”, - deyə Karapetyan qeyd edib.

Erməni iqtisadçı bildirib ki, ölkənin valyuta bazarı kiçikdir, dolların nə qədər ucuzlaşacağını proqnozlaşdırmaq çətindir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Risklər  


Bizi "telegram"da izləyin