Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Qeyd olunub ki, ABŞ-ın Ermənistandakı hazırkı səfiri Lin Treysi səlahiyyət müddətini başa vurur.
“Co Baydenin ABŞ-ın yeni səfiri vəzifəsinə namizədi ilk növbədə o mənada diqqəti cəlb edir ki, Kristina Kvien 2000-2002-ci illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib. Bununla belə, yeni səfir namizədliyi baxımından ABŞ-ın Ermənistanla işləməyə yanaşmasının daha real perspektivlərini nəzərdən keçirməyə imkan verən bəlkə də daha əsaslı siyasi şərait və amillər var. 57 yaşlı diplomat Kristina Kvienin təhsili və karyerası ilə bağlı müşahidələr onu deməyə əsas verir ki, diplomatik xidmətdə olduğu otuz il ərzində o, iqtisadi məsələlərdə ixtisaslaşıb. O, Fransa, Sloveniya və Filippində çalışıb. 2001-2005-ci illərdə ABŞ-ın Avropa İttifaqındakı missiyasında xidmət edib, daha sonra ABŞ-ın Moskvadakı səfirliyinə köçüb və burada ətraf mühit və enerji sahəsində çalışıb. Bundan sonra Kristina Kvien ABŞ Təhlükəsizlik Şurasında Aİ məsələləri, Aİ iqtisadiyyatı və Xəzər dənizi, Ukrayna, Belarus üzrə energetika məsələləri direktoru olub. Daha sonra o, Londonda işləyib, maliyyə, bank, mülki aviasiya, əmək və enerji siyasətini əhatə edən ABŞ-Böyük Britaniya iqtisadi əlaqələrini koordinasiya edib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az