“1in.am”: Şok terapiyası, yoxsa sərbəst düşmə? Ermənistanın maliyyə bazarında nə baş verir?

2022/06/12312-1656095305.jpg
Oxunub: 422     11:57     27 İyun 2022    
İyunun 22-də Ermənistan prezidenti Vahaqn Xaçaturyan Mərkəzi Bankın sədri Martin Qalstyanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, başqa situasiyalarda informasiya ümumi xəbərlərdə öz yerini tuta bilərdi, lakin hazırda Ermənistanın maliyyə bazarında prezidentlə Mərkəzi Bankın sədrinin görüşündə daha çox diqqət çəkən hadisələr baş verir.

“Rəsmi açıqlamaya görə, Martin Qalstyan prezidentə Ermənistan dramının və valyuta məzənnələrinin dəyişməsi riskləri və onlara nəzarət barədə ətraflı məlumat verib. Mərkəzi Bankın sədri valyuta bazarında baş verən anti-rəqabətli hadisələrə, Mərkəzi Bankın belə halların qarşısını almaq üçün gördüyü tədbirlərə, sanksiyalara da toxunub. Təbii olaraq yaxşı olardı ki, tərəflərdən biri valyuta bazarında hansı rəqabətə zidd təzahürlərin olması barədə ətraflı məlumat versin ki, ictimaiyyət də öz növbəsində Mərkəzi Bankın bu rəqabətə zidd riskləri nə dərəcədə effektiv idarə etdiyini ölçə bilsin və bu risklərin qarşısını alsın. Üstəlik, dramın məzənnəsi ilə bağlı valyuta bazarında baş verənlər ictimaiyyətdə Mərkəzi Bankın ümumilikdə vəziyyəti nə dərəcədə effektiv idarə etdiyi ilə bağlı kifayət qədər əsaslı suallar yaradır. Erməni dramı Ermənistan iqtisadiyyatının əsas valyutaları olan dollar və avro qarşısında ucuzlaşmaqda davam edir. Bunlar “sərbəst eniş”dədir və proses heç bir şəkildə sabitləşmir. Təbii olaraq dramın yenidən qiymətləndirilməsinə şərait yaradan obyektiv amillər var, lakin digər tərəfdən Mərkəzi Bank biznesdə qeyri-müəyyən gözləntilər yaradır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Prezident   Mərkəzi-Bank  


Bizi "telegram"da izləyin