“Hraparak”: Samvel Babayan yeni güzəştlər almaq istəyir

2021/04/e9d39-1618470883.jpg
Oxunub: 427     11:30     27 İyun 2022    
Ötən gün Qarabağda “müxalifət fraksiyaları” (qondarma qurum – red.) 9 “deputat”ın imzasını toplayıb və “parlament”ə “istintaq komissiyası”nın yaradılması tələbi ilə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, 8 “deputat”a Samvel Babayanın “vahid vətən fraksiyası”ndan 1 “deputat” qoşulub.

“Lakin əldə etdiyimiz məlumata görə, ərizə verəndən sonra iqtidaryönlü “azad vətən” və “vahid vətən” “partiyalarının deputatları” imzanı geri götürmək üçün öz həmkarlarına təzyiqlər etməyə başlayıblar. “Qanun”da 3 gün nəzərdə tutulub: “deputat” ərizəsini geri götürməsə, komissiya qanuni qüvvə ilə formalaşacaq və ona “ədalət fraksiyasının rəhbəri” David Qalstyan rəhbərlik edəcək. Qeyd edək ki, Babayanın “partiyası” siyasi kursunu dəyişib. Arayik Harutyunyana yaxın olan Bağuntsinin yerinə Marsel Petrosyan “fraksiya rəhbəri” olub, bu onların bəzi yerlərdə “hakimiyyət xətti”ndən yayınması ilə şərtlənir. Samvel Babayan “hakimiyyət”dən yeni güzəştlər almaq istəyir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babayan   Ermənistan  


Bizi "telegram"da izləyin