Bu barədə
Ordu.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
S.Əliyeva qonaqları salamlayaraq, BQXK-nın ölkəmizdə həyata keçirdiyi işlər, Ombudsman Aparatı ilə qurulmuş əlaqələr barədə danışıb. Ombudsman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3 890 azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunaraq, postmüharibə dövründə bu şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq perspektivlərinə dair müzakirə aparılıb. Əməkdaşlıq çərçivəsində beynəlxalq humanitar hüquq normalarının təbliği və tətbiqi istiqamətində maarifləndirmə tədbirlərinin təşkilinin önəmi qeyd olunub.
Ombudsman A.Bauerə təşəkkürünü bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb və yeni nümayəndə D.Kojiçi təyinatı münasibətilə təbrik edib.
Öz növbəsində qonaqlar səmimi qəbula görə ombudsmana təşəkkür ediblər. D.Kojiç Ombudsman Aparatı ilə əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ordu.az