Erməni ictimai xadim: “Paşinyan və Papikyanın ordusunda baş verənlərə bundan yaxşı sübut yoxdur”

2022/06/79945-1656091113.jpg
Oxunub: 352     11:11     27 İyun 2022    
“Əgər hansısa bir mağaza bənzər təklif təqdim edirsə, bu o deməkdir ki, buna həm də tələbat var (belə mağazalar isə indi çoxdur, demək olar bütün şəhərlərdə var)”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Edqar Qazaryan yazıb və erməni əsgər üçün nəzərdə tutuluş məhsulun satışa qoyulduğu əks olunan foto paylaşıb.

“Bu malları yalnız gənc əsgərlərin və hərbi qulluqçuların valideynləri ala bilərlər. Silahlı Qüvvələrin Baş Qərargah rəisinə sahib olmayan, Nikol Paşinyan və Suren Papikyanın rəhbərlik etdiyi orduda baş verənlərə bundan yaxşı sübut yoxdur. Əslində İlham Əliyev onlara təkcə silah deyil, həm də əsgərlər üçün alt paltarı, yemək və gigiyena vasitələri almağı qadağan edib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin