“7or.am”: Nikol qanla hakimiyyətə gəlib və onu qanla saxlayır

2022/06/1654691567.jpg
Oxunub: 272     10:21     25 İyun 2022    
Aparanda baş verən qanlı hadisələrə “məişət” damğası vurmağa çalışıblar, lakin həmişəki kimi alınmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.

Qeyd olunub ki, axmaq, qeyri-qanuni bir şey alınıb, bu da öz növbəsində Aparanda “Vətəndaş müqaviləsi” fraksiyasının rəsmilərinin yaxınlarının Nikol Paşinyanın ünvanına təhqiramiz ifadələr işlədən insanlara atəş açdığına dair versiyanı təsdiqləyib.

“Qurbanlar və yaralılar var. Nikola qan lazımdır. O, əslində qanla hakimiyyətə gəlib və onu qanla saxlayır. Paşinyan başqa heç nə təsəvvür etmir. Bu, 90-cı illərin atmosferinin təkrarıdır. Nikol qansız işləyə bilməz. Qan onun qidasıdır. O, 2008-ci il martın 1-də həmin qanı tökdü. 10 qurbanımız oldu. Sonra Paşinyan həmin qandan sui-istifadə etdi. 2018-ci ildə baş verənlər əslində məxməri deyildi. Formal olaraq məxməri idi. Məzmun baxımından gecikmiş qanlı hadisə idi. Həmin qan 44 günlük müharibə zamanı töküldü. Minlərlə qurbanımız, yaralımız, evsizlərimiz oldu. Qarabağı itirdik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin