Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, üstəlik, hazırda Ermənistanın xarici işlər naziri postunu tutan Mirzoyan əmin edib ki, guya onun bəyanatının heç bir təbliğat xarakteri və məzmunu yoxdur.
“Mirzoyan 44 gün ərzində davamlı olaraq cəmiyyəti “Azərbaycan tərəfi gündən-günə tükənir, biz də qalib gəlirik” ritorikası ilə qidalandıran yeganə hakimiyyət nümayəndəsi deyildi. Nikol Paşinyanın kabinetinin nümayəndələri döyüş ruhunu saxlamaq və ya onların sözləri ilə desək, “Ermənistanın qürurlu və ləyaqətli vətəndaşlarını ruhlandırmaq” üçün gündəlik rejimində bəyanatlar verirdilər, belə təəssürat yaranırdı ki, guya erməni silahlı qüvvələri Bakıya daxil olacaq. Bəli, cəmiyyəti ruhlandırmaq lazım dii, amma ruhlandırmaq və yalan danışmaq ayrı-ayrı şeylərdir. 44 gün ərzində Nikol Paşinyan və onun komanda yoldaşları ruhlandırmayıblar, hamımızı aldadıblar, Mirzoyan isə yuxarıda qeyd olunan bəyanatdan sonra hamımızdan üzr istəməli idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az