“Məgər döyüş sahəsidir ki, yoldaşlarını tərk edib?” – Hambardzumyan Vanetsyan haqqında

2022/06/dsfsd-1656089859.jpg
Oxunub: 441     16:30     27 İyun 2022    
“Vanetsyanın addımının yanlış və ya doğru olduğunu deyə bilmərəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “MTX-nin Ehtiyatda Olan Zabitləri Birliyi” ictimai təşkilatının qurucularından olan Mikayel Hambardzumyan Milli Təhlükəsizlik Xidmətinin başqa bir keçmiş direktoru, parlamentin “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyanın mandatını yerə qoymaqla bağlı bəyanatını şərh edərkən deyib.

Hambardzumyan qeyd edib ki, Vanetsyanın addımının yanlış və ya doğru olduğunu deyə bilməz..

“Digər deputatların da eyni şeyi etməli olduqlarını deyə bilmərəm, müxtəlif komandalardan fərqli adamlar var, onlar qərar verməlidir. Yoldaşlarını tərk etdi nə deməkdir? Məgər döyüş sahəsidir ki, yoldaşlarını tərk edib? Bilirsiniz, ümumiyyətlə “xəyanət etmək” anlayışını daim bu cür manipulyasiya etmək lazım deyil. Xatırlayarsınız, problemlərin olduğunu yəqin ki, ilk deyənlərdən biri də biz özümüz olmuşuq və səhv etmirəmsə, mayın 27-də bəyanat yaymışdıq. Meydana gələrək bu problemləri görürdüm və biz açıq şəkildə təşkilatçılara müraciət edən kimi onları hərəkata yenidən baxmağa, ona yeni təkan verməyə çağırdıq, əks halda çətin vəziyyətə düşəcəklərini bildirdik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hambardzumyan   Vanetsyan  


Bizi "telegram"da izləyin