Erməni hərbi hissə komandiri dizel yanacağı kuponlarını oğurlamaqda ittiham olunub

2019/06/17_09-1559548137.jpg
Oxunub: 442     17:15     24 İyun 2022    
Ermənistanda hərbi hissə komandiri 2,5 milyon avro dəyərində benzin və dizel yanacağı kuponlarını oğurlamaqda ittiham olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, erməni hərbi qulluqçu S.Y. hərbi hissəyə benzin və dizel yanacağı üçün ayrılmış ümumilikdə 2,5 milyon dram dəyərində benzin və dizel yanacağı kuponlarını mənimsəyib.

Bildirilib ki, erməni hərbi hissə komandirinə qarşı Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidai istintaqı başa çatıb. İş ittiham aktı ilə təsdiq edilərək məhkəməyə göndərilməsi barədə vəsatətlə nəzarəti həyata keçirən prokurora göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin