Şentop TDPA-nın plenar iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib

2020/10/16015-1601526414.jpg
Oxunub: 435     17:32     24 İyun 2022    
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türk Dövlətlərinin Parlament Assambleyasının (TDPA) 11-ci plenar iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.

Ordu.az xəbər verir ki, Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən plenar iclasda çıxış edən Mustafa Şentop deyib ki, Türk dövlətlərinin Şərq-Qərb Nəqliyyat və Xəzərdən keçməklə Azərbaycan-Naxçıvan dəhlizləri ilə bir-biri ilə daha sıx əlaqə qurması gərəkdir.

TBMM sədri qeyd edib ki, bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzləri olaraq yüksəlməsinin önünü açacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Türk dövlətlərinin bir çox sahədə böyük potensiala malik olduğunu söyləyən Mustafa Şentop ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və digər istiqamətlərdə atılacaq daha çox addımların olduğunu vurğulayıb.

TBMM sədri TDPA-ya sədrliyin Qırğız Respublikasından Qazaxıstana keçdiyini bildirib və Qazaxıstan Məclisinin sədri Talant Mamıtova TDPA-ya sədrliklə bağlı uğurlar arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şentop   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin