Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib
“Azərbaycan rəhbərliyinin baş verənlərə ölçülü və məsuliyyətli münasibətini qiymətləndiririk”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Rusiyanın Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razı olduğunu söyləyib: “Ümumilikdə, regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı Azərbaycanla dialoqumuz var. Bura bizim BMT, ATƏT-dəki əməkdaşlığımız daxildir. Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq, hansı ki, bu, ikitərəfli iqtisadi, humanitar və digər əlaqələri, xarici siyasət sahəsində əməkdaşlığı tamamlamağa kömək edir”.
Ordu.az