Nazir: "Münaqişə keçmişdə qalıb, sülh üçün əldə edilmiş razılaşmaya əməl edilməlidir"

2022/06/sd78f-1656068428.jpg
Oxunub: 255     14:37     24 İyun 2022    
Bu gün keçirilən görüşdə postmünaqişə dövrünün problemləri müzakirə edilib, sülh və əməkdaşlıq atmosferinin yaradılması məsələsinə geniş yer ayrılıb.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan hesab edir ki, bu münaqişə keçmişdə qalıb və daimi sülh və regionda sabitliyin təmini üçün əldə edilmiş razılaşmaya əməl edilməlidir. Biz hər dəfə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasında Rusiya Federasiyasının rolunu yüksək dərəcədə qiymətləndiririk. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əldə olunan razılığa əməl olunması vacibdir. Bu da bütün regionda əlaqələrin inkişafının təminatçısıdır, çünki iki ölkə arasında əlaqələrin normallaşmasının uzanması, onun süni uzadılması neqativ nəticələr və ciddi risklər yaradır”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Lavrov  


Bizi "telegram"da izləyin