ANAMA-nın İdarə Heyətinin sədri BQXK-nın nümayəndələri ilə görüşüb

2022/06/805f5-1656067259.jpg
Oxunub: 260     14:34     24 İyun 2022    
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Sülyemanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Arian Bauerini səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, görüş zamanı minadan zərərçəkənlərə yardım layihəsi çərçivəsində psixoloji dəstəyin göstərilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində birgə fəaliyyətin icrası barədə müzakirələr aparılıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən xanım Arian Bauer rəhbərlik etdiyi müddətdə qurum tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən dəstək barədə məlumat verib və bu istiqamətdə görüləcək növbəti addımlarda uğurlar arzulayıb.

Xanım Draqana Kojiç iki qurum arasında mövcud səmərəli əməkdaşlığın inkişaf edəcəyinə və işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan, eləcə də “Böyük Qayıdış” layihəsi çərçivəsində yurdlarına qayıdacaq əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması sahəsində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov fəaliyyət dövrü ərzində Agentliyə göstərdiyi dəstəyə görə xanım Arian Bauerə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   BQXK  


Bizi "telegram"da izləyin