Səməd Seyidov: "Erməni deputatlarla dialoq qurmaq üçün müraciət etmişəm"

2019/05/semed-1559204050.jpg
Oxunub: 295     14:27     24 İyun 2022    
"Erməni deputatlarla eyni masa arxasında oturmaq, dialoq qurmaq üçün müraciət etmişəm, ancaq hələ də hər hansı bir cavab ala bilməmişəm".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O bildirib ki, erməni nümayəndə heyəti Assambleyada qəbuledilməz atmosfer yaradırlar və yanlış yönləndirirlər.

"Biz konstruktiv yanaşaraq onları, burada, Assambleyada eyni masa arxasında oturmağa, müzakirələr aparmağa çağırmışıq. Ancaq hələ də hər hansı bir cavab yoxdur. Hətta bu barədə AŞPA prezidentinə də öz müraciətimizi etmişik. Ermənistan nümayəndə heyəti öz öhdəliklərini başa düşməli, bu qurumu yanıltmamalıdırlar. Ancaq onlar bu parlement üçün işləmirlər, öz şəxsi məqsədlərini güdərək özlərini qəhrəman kimi göstərməyə çalışırlar", - deyə deputat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Səməd-Seyidov  


Bizi "telegram"da izləyin