Macarıstanın XİN başçısı Gürcüstana səfər edəcək

2022/04/18747-1649230206.jpg
Oxunub: 255     11:18     24 İyun 2022    
Bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro Gürcüstana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

P.Siyatro səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında hazırkı münasibətlər və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Gürcüstan  


Bizi "telegram"da izləyin