“YAŞAT” Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıb

2022/06/921c0-1656056509.jpg
Oxunub: 229     11:28     24 İyun 2022    
"Bu günə qədər “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib".

Ordu.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

E.Hüseynov qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAŞAT   Şəhid-övladları  


Bizi "telegram"da izləyin