TürkPA-da sədrlik Qazaxıstandan Qırğız Respublikasına keçib

2022/06/1655910634.jpg
Oxunub: 204     11:06     24 İyun 2022    
Qırğız Respublikasını Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının toplantısı və XI plenar iclası keçirilir.

Ordu.az xəbər verir ki, TürkPA-nın XI plenar iclasının işində TürkPA-ya üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan və Macarıstanın parlament nümayəndə heyətləri iştirak edir.

Tədbir çərçivəsində TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

İclasda parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi məsələlərinin müzakirəsi, TürkPA-nın 2023-2028-ci illər üçün strateji yol xəritəsinin təsdiq edilməsi, sosial sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş nümunəvi qanun layihəsinə baxılması planlaşdırılır. Gündəliyə ümumilikdə 18 məsələ daxil edilib.

İclasın yekunu olaraq Çolpon-Ata Bəyannaməsi qəbul ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TürkPA   Qazaxıstan   Qırğız-Respublikası  


Bizi "telegram"da izləyin