Ukrayna qüvvələri Severodonetskdən geri çəkilməyə hazırlaşır

2022/06/sdf45-1656053009.jpg
Oxunub: 335     10:41     24 İyun 2022    
Ukrayna qüvvələri Severodonetskdən geri çəkiləcək.

Ordu.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Ukrayna silahlı qüvvələri Siyeverodonetskdən geri çəkilməli olacaq. Onlar bununla bağlı əmr alıb”, – deyə Luqansk vilayətinin rəhbəri bildirib.

"Aylardır amansız şəkildə atəşə tutulan mövqelərdə qalmağın mənası yoxdur. Bütün vacib infrastruktur məhv edilib. Şəhərin 90 faizi dağılıb. Xəyanət şayiələrini yaymayın. Heç kim bizim qoşunlarımızın mühasirəyə alınmasına imkan vermir. İndi vəziyyət elədir ki, sırf orada olmaq xatirinə bu dağıdılmış mövqelərdə qalmağın mənası yoxdur", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Severodonetsk  


Bizi "telegram"da izləyin