Goranboyda silah-sursat aşkarlanıb

2022/06/cf291-3312103286.jpg
Oxunub: 230     10:05     24 İyun 2022    
Goranboyda silah-sursat aşkarlanıb.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Goranboy   Silah  


Bizi "telegram"da izləyin