Ukraynanın Lisiçansk şəhəri uğrunda döyüşlər başlayıb

2022/04/s453d-1650560256.jpg
Oxunub: 247     09:47     24 İyun 2022    
Lisiçanska düşmən hücumu dəf edilib, Severodonetsk uğrunda döyüşlər isə davam edir.

Ordu.az Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz Telegram səhifəsində məlumat verib.

Bundan başqa, vilayət rəhbəri Rusiya qüvvələrinin Nikolayevka kəndini nəzarətə götürdüklərini də təsdiqləyib.

Sergey Qayday Lisiçanska aviasiya zərbələrinin endirildiyini, Belaya Qora və Volçeyarovka uğrunda döyüşlərin getdiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin