YUNESKO: Ukraynada 70 dini tikili məhv edilib

2022/06/1656045157.jpg
Oxunub: 228     07:48     24 İyun 2022    
YUNESKO-nun hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynada 152 mədəniyyət obyekti qismən və ya tamamilə məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın saytında yer alan məlumatda deyilir.

Bunlardan 70-i dini tikili, 30-u tarixi bina, 18-i mədəniyyət evi, 15-i abidə, 12-si muzey və 7-si kitabxanadır.

Təşkilat bildirir ki, zədələnmiş obyektlərin dörddə üçü üç regionda cəmlənib: Donetsk, Xarkov və Kiyev vilayətlərində.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YUNESKO   Ukrayna  


Bizi "telegram"da izləyin