Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

2022/06/1656044994.jpg
Oxunub: 486     08:23     24 İyun 2022    
Rusiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Ordu.az xəbər verir ki, ölənlərin sayı dörd nəfərə çatıb.

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

*****

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

Bu barədə Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, təyyarən yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

“İnterfax” isə mənbələrinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İl-76  


Bizi "telegram"da izləyin