ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq

2022/06/f54g5-1655396324.jpg
Oxunub: 262     04:36     24 İyun 2022    
ABŞ Madriddə keçiriləcək NATO sammitində Avropanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş yeni addımlar barədə açıqlama vermək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

"Liderlər NATO sammitində alyansın müdafiə və çəkindirmə doktrinalarını gücləndirmək üçün yeni uyğunlaşma öhdəliklərini elan edəcəklər. ABŞ müttəfiqlərindən (bu məsələnin həllində) gözlənilən yeni böyük töhfələrlə yanaşı, Avropanın təhlükəsizliyini möhkəmləndirmək üçün addımlar elan edəcək", - deyə C.Kirbi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin