ABŞ Finlandiya və İsveçin NATO-ya nə vaxt qəbul ediləcəyini bilmir

2022/06/1656044583.jpg
Oxunub: 257     03:42     24 İyun 2022    
“ABŞ administrasiyası etiraf edir ki, Finlandiya və İsveçin NATO-ya nə vaxt qəbul ediləcəyini deyə bilməz”.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Hazırda üçtərəfli formatda - İsveç, Finlandiya və Türkiyə arasında danışıqlar aparılır. Biz əminik ki, onlar fikir ayrılıqlarını aradan qaldıra biləcəklər, İsveç və Finlandiya alyansa qoşula biləcək.

Dəqiq nə vaxt, deyə bilmərəm. Bu məsləhətləşmələr hələ də davam edir. Amma biz əminik ki, onlar alyansın 32 dövlət olmasına gətirib çıxaracaq”, - deyə o, qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Finlandiya   İsveç  


Bizi "telegram"da izləyin