Almaniya Ukraynaya yeni hərbi yardım göndərməyi planlaşdırır

2022/06/1656044487.jpg
Oxunub: 252     02:41     24 İyun 2022    
Almaniya Ukraynaya hərbi yardımları davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kristina Lambrext məlumat verib. Nazir bildirib ki, gələn həftədən etibarən ukraynalı hərbçilərə "Mars-2" yaylım atəşli reaktiv sisteminin (YARS) istifadəsilə bağlı təlimlər keçiriləcək.

Parlamentdə çıxış edən nazir təlimlər başa çatdıqdan sonra həmin raket sistemlərinin Ukraynaya təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, Almaniya, Böyük Britaniya və ABŞ Ukraynaya ümumilikdə 10 YARS tədarük edib.

Nazir onu da vurğulayıb ki, Ukrayna tərəfi Qərbdən aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmayacağına zəmanət verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin