Makron Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı: "Bu, Rusiyaya güclü siqnaldır"

2022/02/1645864816.jpg
Oxunub: 265     00:45     24 İyun 2022    
Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi Rusiya üçün güclü siqnaldır.

Ordu.az "RBC Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin sammitindən sonra bildirib.

Makron, həmçinin vurğulayıb ki, düzgün siyasi jest bu gün güclü və vahid Avropa tərəfindən edilib.

“Bu, uzun bir yol olacaq, tələbkar olacaq. Ukrayna, Moldova və Gürcüstanın Avropaya inteqrasiya proseslərində sürətlə hərəkət etmək üçün hər şey var”, - Fransa lideri əlavə edib.

Qeyd edək ki, Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü Ukrayna və Moldovaya namizəd statusunun verilməsi ilə bağlı yekdil qərarla yekunlaşıb. Gürcüstana gəlincə, o, daha bir neçə şərt yerinə yetirməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna  


Bizi "telegram"da izləyin