ABŞ Ukraynaya 450 milyon dollarlıq yeni yardım paketini açıqlayıb

2022/06/22051-1655290752.jpg
Oxunub: 294     00:35     24 İyun 2022    
Ağ Ev rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinə daha çox silah və texnikanın təhvil verilməsini təmin etmək üçün Ukraynaya əlavə 450 milyon dollarlıq müdafiə dəstəyi elan edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, dəstəyə HIMARS sistemləri, döyüş sursatı və digər avadanlıqlar da daxildir:

"ABŞ öhdəliklərimizin bir hissəsi olaraq Ukraynaya 450 milyon dollar əlavə müdafiə dəstəyi elan edib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin