Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu alıb, Gürcüstana tövsiyə verilib

2022/06/1656009668.jpg
Oxunub: 336     22:28     23 İyun 2022    
Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Moldova     Gürcüstan  


Bizi "telegram"da izləyin