Müdafiə Nazirliyindən
Ordu.az-a verilən məlumata görə, konfransda Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin tibb personalı, professorlar, rezidentlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Elmi-praktik konfransın proqramına uyğun olaraq müxtəlif mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib.
Qeyd olunub ki, konfransda əsas diqqət hərbi həkimlərin tibbi biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb.
Ordu.az