Türkiyə və Britaniyanın müdafiə nazirləri görüşüb

2022/06/62b48-1656002201.jpg
Oxunub: 318     19:59     23 İyun 2022    
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

Ordu.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Hulusi Akar Türkiyə-Britaniya münasibətlərinin strateji xarakter daşıdığını deyib.

Terrorla, xüsusilə PKK/YPG-İŞİD və FETÖ ilə mübarizədə əməkdaşlığın əhəmiyyəti ifadə edilib.

Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün tezliklə atəşkəs elan edilməli olduğu qeyd edilib.

Eyni zamanda, taxıl probleminin həlli istiqamətində aparılan işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi barədə məlumat verilib.

Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq ifadə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Böyük-Britaniya  


Bizi "telegram"da izləyin