7000 şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib

2022/06/sd45f-1656001569.jpg
Oxunub: 257     18:37     23 İyun 2022    
Ölkədə fiskal siyasətin həyata keçirilməsində yaxından iştirak edən notariusların fəaliyyəti nəticəsində tutulmuş vergilər üzrə son illər ərzində dövlət büdcəsinə ümumilikdə 260 milyon manat məbləğində vəsait köçürülüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən xəbərə görə, ötən dövrdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna, hərbçilərimizə, yaralılara və şəhid ailələrinin təminatına dəstək göstərən “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna könüllü olaraq ədliyyə işçiləri, hakimlər və notariuslar tərəfindən bütövlükdə 6.6 milyon manatdan çox vəsait ianə edilib.

Qeyd edilib ki, Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7000 şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələri vaxtında təmin olunub.

Eyni zamanda xüsusi notariuslar şəhid ailə üzvlərinə qayğılı münasibət göstərilməsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq Vətən müharibəsinin ilk günlərindən və post-müharibə dövründə şəhid ailələrinə ödənişsiz xidmət göstərirlər. Bu xidmətlərə görə notariuslar vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına dövlət büdcəsinə il ərzində təxminən 100 min manat məbləğində vəsait köçürürlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Vərəsəlik  


Bizi "telegram"da izləyin