Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyənin NATO-dakı rolu və alyansa verdiyi töhfələr, NATO-nun Madrid Sammiti, Qara dənizdən Ukrayna taxılının daşınması məsələləri müzakirə olunub.
Bundan əlavə, Türkiyə rəsmisi İsveç və Finlandiyanın terrorla mübarizədə Türkiyənin tələb və gözləntilərini qarşılamalı olduqlarını bildirib. Onun sözlərinə görə, konkret addımlar atılmadan irəliləyişə nail olmaq mümkün olmayacaq.
Ordu.az