Brüsseldə Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müzakirələr başlayıb

2022/05/6c6c0-1653246376.jpg
Oxunub: 274     18:21     23 İyun 2022    
Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iki günlük sammiti öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti kimi məsələlər müzakirə ediləcək.

Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib. Sammit çərçivəsində bu gün Ukrayna və Moldovaya namizəd statusunun verilməsi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Ukrayna  


Bizi "telegram"da izləyin