ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri arasında görüş olub

2022/06/f54g5-1655396324.jpg
Oxunub: 353     18:10     23 İyun 2022    
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin