Ukrayna BQ: Belarus öz silah və texnikasını Rusiyaya verə bilər

2022/02/1645964763.jpg
Oxunub: 408     17:59     23 İyun 2022    
Belarus öz silah və texnikasını Rusiyaya verə və bununla düşmən Donetsk və Xerson istiqamətindəki qruplaşmalarını gücləndirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının Operativ İdarəsinin rəis müavini Aleksey Qromov açıqlama verib.

O, Rusiya ordusunun çoxsaylı itkilər verdiyi üçün Belarusdan hərbi texnika və silah alacağını deyib.

Aleksey Qromov Belarusun Qomel vilayətinin “Zyabrovka” aerodormunda hərbi infrastruktur qurduğunu da əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin