Yair Lapid: “Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb”

2022/06/62b46-1655992895.jpg
Oxunub: 357     17:45     23 İyun 2022    
Türkiyədə İsrail vətəndaşlarına qarşı hücumlara icazə verə bilmərik.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada israilli həmkarı Yair Lapidlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin təhlükəsizlik qurumları yaxın əməkdaşlığı davam etdirir: “Belə hadisələrin ölkəmizdə baş verməsinə icazə verə bilmərik. Bu mövzuda lazımi mesajlar çatdırılıb”.

Yair Lapid isə İstanbulda ötən həftə İsrail vətəndaşlarının həyatının xilas edilməsini Türkiyə ilə diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığın bariz nümunəsi adlandırıb.

O qeyd edib ki, Türkiyə kəşfiyyatı İstanbulda İrandan olan bir qruplaşma tərəfindən İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail  


Bizi "telegram"da izləyin