Arestoviç: “Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub”

2022/06/1655981654.jpg
Oxunub: 331     14:45     23 İyun 2022    
Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib.

“Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, - o vurğulayıb.

Arestoviç hazırkı vəziyyəti “boksun 18-ci raundu”na bənzədib.

“Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, - Prezidentin müşaviri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin