“Eurofighter Typhoon”ların radioelektron mübarizə versiyası nümayiş olunub

2022/06/Typho-1655981549.jpg
Oxunub: 439     16:41     27 İyun 2022    
“Eurofighter Typhoon” qırıcılarının radioelektron mübarizə (REM) üçün nəzərdə tutulan “Eurofighter EK” versiyası ilk dəfə nümayiş olunub.

Ordu.az xəbər verir ki, təqdimat 22-26 iyun 2022-ci il tarixləri arasında Almaniyada keçirilən “ILA 2022 Berlin” Aviasiya Sərgisində nümayiş etdirilib.

İlk uçuşundan 28 il keçməsinə baxmayaraq, yeni modelləri ilə inkişafını davam etdirən “Eurofighter” təyyarəsi REM vasitələrinin əlavə edilməsi ilə xüsusi qabiliyyət qazanıb.

Bu əlavə xüsusiyyətlər sayəsində təyyarənin havada, radarda və səthdə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərində düşmən təyyarələrinə qarşı radioelektron hücum tətbiq etmək qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb.

“Eurofighter Typhoon EK” ilə birlikdə nümayiş etdirilən “Escort Jammer Pod” sistemləri də ilk dəfə nümayiş etdirilib. Qallium Nitrid (GaN) əsaslı AESA Radar texnologiyasından istifadə edən pod ultra genişzolaqlı rəqəmsal qəbuledicidə dəqiq naviqasiya, çox məqsədli identifikasiya və məlumatların toplanması və rəqəmsal radiotezlik yaddaşı (DRFM) var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   Typhoon  


Bizi "telegram"da izləyin