Çin Tayvan yaxınlığında bu il üçüncü ən böyük uçuşlarını həyata keçirib

2022/06/Chine-1655981360.jpg
Oxunub: 215     09:48     24 İyun 2022    
Çin ordusuna məxsus 29 hərbi təyyarə Tayvan adasının hava hücumundan müdafiə zonasına (ADIZ) daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyası məlumat yayıb.

Təyyarələrdən 17-si qırıcı, 6-sı bombardmançı olub. Digərləri sualtı qayıq əleyhinə, havadan erkən xəbərdarlıq və s. modelləri olub.

Tayvan qeyd edib ki, Çinin təyyarələrinin qarşısını almaq üçün qırıcıları havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.

Bu, yanvarın 23-də 39, mayın 30-da isə 30 reaktiv təyyarənin zonaya daxil olmasından sonra Çin döyüş təyyarələrinin üçüncü ən böyük uçuşu olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin