“Hraparak”: Ermənistan MTX-nin sabiq direktoru yeni komanda formalaşdırır

2022/06/timth-1655981243.jpg
Oxunub: 310     15:20     24 İyun 2022    
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan yeni siyasi mərhələnin başladığını elan edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Vanetsyan “Müqavimət hərəkatı”nın son mərhələsində passivləşib, bir neçə günlük Avropaya gedib, sonra qayıdıb, bir mitinq və yürüşdə iştirak etdikdən sonra artıq Fransa meydanını tərk edib.

“Son mitinqdə isə nə onun partiya yoldaşları, nə də bir aydan artıq mübarizənin ön cəbhəsində olan dostları olmayıb. Serj Sarkisyanın məlum bəyanatından, “müxalifət lideri İşxan Sağatelyan”ın bütün suallara cavab verəcəyini bildirməsindən sonra Vanetsyanın mübarizəni tərk edərək öz yolu ilə gedəcəyi ilə bağlı xəbərlər yayılıb. İki gün əvvəl o, deputat mandatından istefa verdiyini, 2021-ci ilin növbədənkənar seçkiləri ərəfəsində Daşnaksütun ilə qurulan ittifaqa de-yure və de-fakto xitam verdiyini açıqlayıb. Həmin gün o, H1 televiziyasında bəyan edib ki, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məqsədi eyni olaraq qalır, lakin onun partiyası bölünür, çünki onların mübarizə yolları və üsulları haqqında fərqli fikirlər var və “Vətən” mübarizəni ayrıca davam etdirəcək. Vanetsyanın yolu nədir və niyə müxalifətlə yolu davam etdirmədi? İctimai Televiziyanın efirində özü ilə həmkarlarının məqsədlərinin üst-üstə düşdüyünü müəyyən qədər izah edib. Əldə etdiyimiz məlumata görə, Vanetsyanın kifayət qədər iddialı planları var, xüsusilə İrəvanda keçiriləcək mer seçkilərindən sonra müxalifət meydanında ayrıca oyunçu olmaq istəyir və o, mer postuna əsas namizədlərdən biridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müqavimət  


Bizi "telegram"da izləyin