Erməni ekspert: “Dövlət quruluşu yalnız Paşinyan hakimiyyətinə qul kimi xidmət edir”

2022/06/timth-1655981111.jpg
Oxunub: 253     14:48     24 İyun 2022    
“Dövlət institutlarının normal fəaliyyəti olmayanda həmin qurumlar dağılmağa məhkumdur”.

Ordu.az xəbər verir ki, bunu ictimai idarəetmə üzrə erməni ekspert Siranuş Serobyan deyib.

Onun sözlərinə görə, uydurma fəaliyyətlər substantiv, ciddi qlobal dəyişikliklərə səbəb ola bilməz.

“Bu gün dövlət idarəçiliyində sadəcə bir hakim fraksiya üzvü başqa bir hakim fraksiya üzvü və ya hökumətə sadiq olan biri ilə əvəz olunur. Təyinatlar bu məntiqlə aparılır, lakin maşın yalnız adam dəyişikliyi ilə işləyə bilməz. Bu sürətlə dövlət aparatı yavaş-yavaş ölür. Hara getdiyimiz, hansı nəticələr əldə edəcəyimiz bəlli deyil. Bundan əlavə, təkcə kadr dəyişiklikləri sistemlərin işləməsinə imkan verməyəcək. İndi dövlət aparatında çoxlu vakant yer var, hər gün istefalar yazılır. İnsanlar işlərindən yalnız ona görə gedirlər ki, ümumiyyətlə idarəetmə yoxdur. Bu gün dövlət quruluşu yalnız Nikol Paşinyan hakimiyyətinə qul kimi xidmət edir, bütün dairələr ona qulluq edir, tabe olur, qul psixologiyası ilə işləyir. Ziddiyyətli fikirlər olduğu halda isə onların müəllifləri ya korrupsiya qalmaqallarında “üzə çıxır”, ya da könüllü istefa verir və onların yerinə başqa adamlar gəlir”, - deyə Serobyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin