“Past”: Ermənistanda fəaliyyət göstərən sistem demokratiyaya istehza xarakteri daşıyır

2022/06/timth-1655981068.jpg
Oxunub: 287     14:32     24 İyun 2022    
Səlahiyyətlilər xaricdə Ermənstanı təmsil etmək və Ermənistan haqqında təsəvvür formalaşdırmaq üçün mütəmadi olaraq demokratiyanın tərəqqisi barədə danışırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr bildirib ki, Paşinyan hətta “erməni demokratiyasını” Ermənistanın beynəlxalq brendi kimi qələmə verir.

“Əslində bu qiymətləndirmələr reallıqdan uzaqdır, çünki bu gün Ermənistanda fəaliyyət göstərən sistem demokratiyadan daha çox demokratiyaya istehza xarakteri daşıyır. Əsl demokratik dövlətlərdə xalq hakimiyyətin qanuni mənbəyidir, Ermənistanda isə fərd hakimiyyətin mənbəyinə çevrilib. Demokratiyanın səciyyəvi xüsusiyyətlərindən biri də ictimaiyyət qarşısında hesabatlılıqdır, lakin bunun əvəzinə səlahiyyətlilər yalnız öz istədiklərini həyata keçirirlər. Nəticədə nə əldə edirik? Kapitulyasiya, bərbad dövlət, dövlət qurumlarının fəaliyyətsizliyi. Məğlubiyyətdən sonra cəmiyyət ruhdan düşür və parçalanır. Durğun vəziyyətdən çıxmaq, inkişafa təkan vermək üçün müsbət atmosfer, gündəm yoxdur. İnsanları birləşdirən ideya yoxdur”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Demokratiya  


Bizi "telegram"da izləyin