“Hraparak”: Anna Hakobyan erməni icmasının olmadığı Monakoya hansı məqsədlə gedir?

2022/04/s456d-1649411257.jpg
Oxunub: 280     14:09     24 İyun 2022    
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan bu həftə sonu Monako Krallığına yola düşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, onu Ermənistanın diaspor üzrə baş komissarı Zareh Sinanyan müşayiət edəcək.

“Hakopyanın erməni icmasının olmadığı Monakoya hansı məqsədlə getdiyi məlum deyil. Bəlkə Anna Hakopyan Monako kazinolarında əylənməyə qərar verib? Onun ofisi hələlik bu barədə heç bir məlumat yaymayıb, Hakopyanın köməkçisi olan Zvart isə adətən zənglərə cavab vermir. Amma məlumatımızı diaspor üzrə baş komissarın ofisi təsdiqləyib. Zareh Sinanyanın mətbuat katibi Amalya Karapetyan bildirib ki, bəli, Baş nazirin həyat yoldaşının həftəsonu səfəri planlaşdırılır və bu səfər zamanı onu diaspor üzrə baş komissar müşayiət edəcək: “Bütün gündəm Baş nazirin həyat yoldaşının səfərindən bəhs etdiyi üçün sualları Baş nazirin həyat yoldaşına vermək düzgün olardı. Cənab Sinanyan müşayiət edəcək. Səbəb birinci xanımın Barsamyan məktəbinin yaranmasının 35-ci ildönümündə iştirak etmək üçün dəvət almasıdır. Cənab Sinanyan Nitsa icmasından da dəvət alıb”. Sinanyanın Monakoda Anna Hakopyanı müşayiət edib-etməyəcəyi sualına Karapetyan belə cavab verib: “Cənab Sinanyan səfər zamanı planlaşdırılan görüşlərdə iştirak edəcək””, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin