Ordu.az xəbər verir ki, məhkəmə Qaleyanın atasını və əmisini azadlığa buraxmağa qərar verib.
Onlar hərbi hissəyə qanunsuz daxil olmaqda, dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə və onu kobud şəkildə təhqir etməkdə ittiham olunurlar.
Qaleyanın əmisi istintaq fəaliyyətləri üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb.
“Argişti Kyaramyan valideynlər ilə son görüşdə özünü pis apardığını inkar edir, cinayətlə bağlı hesabat təqdim etmişik. Yaxşı, 30 valideyn yalan danışırsa, söhbət nədən gedir? Başa düşürsünüz, o kimi təkzib edir? Valideynləri təkzib edir”, - deyə Mxitar Qaleyanın atası Qarik Qaleyan bildirib.
“Həmin görüşdə şəxsən iştirak etmişəm. Kyaramyan bizə, valideynlərə qarşı hörmətsizlik etdi, bundan sonra mübahisə başladı, biz də çıxıb getdik”. - deyə erməni valideynlərdən biri bildirib.
Erməni jurnalistin “Doğrudurmu ki, Kyaramyan valideynləri ayrı-ayrılıqda “razborka”ya çağırıb? sualına erməni valideyn belə cavab verib: “Bəli, əslində belə bir şey olub, amma daha çox şey demək və adlar verməyə başlamaq istəmirəm”.
Alpər Mövludoğlu
Ordu.az